Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Avropada yaşayan böyük oğlu Eduard Saakaşvili dünyanın ən yaxşı 7 tələbəsindən biri olub.
Eduard Saakaşavili “Sourtmori” universitetini bitirib.Maraqlıdır, Saakaşvili oğlunun təhsil sahəsindəki uğuruna nə dərəcədə kömək edib?
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat, Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov Modern.az-a açıqlamasında maraqlı məlumatlar verib. Saakaşvili ilə dost olan azərbaycanlı deputat bildirib ki, Eduard hər zaman biliyi və dünyagörüşü ilə hamıdan seçilirdi
“Saakaşvilinin oğlu hələ məktəb illərindən həmyaşıdlarından fərqlənirdi. Hətta Gürcüstanda tələbə olarkən Ginnesin rekordlar kitabına düşmüşdü. Amerikada 7 fərqli tələbədən biri olub. Burada gen məsələsini danmaq olmaz. Eduard atasının genini daşıyır. Fəxredici haldır ki, Gürcüstan vətəndaşı Eduard Saakaşvili Amerikada xarici tələbələr arasından seçilməyi bacarıb”
Azər Süleymanov qeyd edib ki, Saakaşvili oğluna kömək etməyib
“Eduard təhsil sahəsində nailiyyətlər əldə edərkən Saakaşvili deyirdi ki, bu uşaq öz gücünə bunları əldə edib.
“Eduardın təhsilinə bir ata olaraq kömək etməmişəm. Eduard təkbaşına hər bir şeyi qazanıb”.
Azər Süleymanovun sözlərinə görə, Saakaşvilinin oğlu siyasətçi olmağı düşünür.
“Eduardın hədəfi siyasətçi olmaqdır. Bu yolda irəliləməyə çalışır. Gələcəkdə necə siyasətçi olacağını isə zaman göstərəcək”