Misirin Beni-Sueyf şəhərində zəncirvari yol qəzasında 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 13-ü hərbi xidmətə çağırılan şəxslər olub.
Məlumata əsasən, qəza polis avtomobili, taksi və mikroavtobusun toqquşması nəticəsində baş verib.Misirdə dəhşətli qəza: 16 ölü, 4 yaralı

