“Fuad Abbasovu hava limanından geri qaytarıblar” - Vəkil

“Fuad Abbasovu hava limanından geri qaytarıblar” - Vəkil backend

“Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasovun Bakıya deportasiyası yubanır”.

Bu barədə Musavat.com-a məlumat verən vəkil Elman Paşayev bildirib ki, onda olan məlumata görə Fuad Abbasovu bu dəqiqələrdə hava limanından geri qaytarıblar.

Vəkil bu prosesin səbəbləri barəsində aşağıdakı versiyaları irəli sürüb: "Ola bilər ki, ona cinayət işi açıldığı üçün belə addım atılıb. Bir variant da var ki, Fuad Abbasov hansısa sənədləri unuda bilər. Ancaq bu versiya o qədər də inandırıcı deyil. Çünki əgər sənəd məsələsi olsaydı, bunun üçün başqa bir şəxsi də göndərmək olardı ki, lazımı sənədləri hava limanına gətirsin. Hələ ki, məndə olan məlumat budur ki, onu geri qaytarıblar".