ABŞ türk pilotlara F-35 təyyarələrində təlim verməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, bu qərar yalnız ABŞ-a təlimə gəlməyi planlaşdırılan yeni pilotlara aid ediləcək.Agentliyin mənbəsi yalnız Ankaranın S-400-ü almaqdan imtina edəcəyi təqdirdə bu qərarın ləğv olunacağını bildirib.
Qeyd edək ki, hazırda ABŞ-da 4 türk pilotu F-35 təlimi keçir, 2 pilot isə burada F-35-lərlə bağlı təlimçi olaraq çalışır.
Ümumilikdə Türkiyədən texniki xidmətlə bağlı təlim keçməyə gələnlər 20 nəfərdir.
***
F-35 proqramı ilə bağlı ABŞ-da təlim keçən türkiyəli pilotlar geri qaytarılacaq.
Bunu ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan Türkiyə Milli Müdafiə naziri Hulusi Akara məktubunda bildirib.
Məktubda qeyd edilib ki, pilotların təlim vaxtı iyulun 31-də başa çatacaq. Bundan əlavə, 34 türk pilotun da ABŞ-a səfərinin ləğvi nəzərdən keçirilir.