Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə ötən gün Sankt-Peterburqda baş tutan görüş zamanı silah təchizatı ilə bağlı müzakirə apardığını bildirib.
Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan müsahibəsində Rusiyadan bəzi silahların alınacağını deyib.“Biz hərbi-texniki sahədə yaxşı əməkdaşlıq edirik və təbii ki, bəzi müqavilələrimiz var. Düşünürəm ki, bu sahədə olan münasibətlər plan üzrə inkişaf edir ", - deyən Paşinyan Rusiyadan yeni silahların alınacağına ümid edir.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkə rəhbərlərinin görüşündə iqtisadi və ticari məsələlərin müzakirə olunduğunu, Qarabağ probleminə toxunulmadığını diqqətə çatdırıb.