Putini erməni aktyor əvəz edəcək – Saakaşvilidən sensasiya

Putini erməni aktyor əvəz edəcək – Saakaşvilidən sensasiya backend

Məncə, Putin dönəmi artıq bitir.

Axar.az xəbər verir ki, bunu jurnalist Dmitri Qordona müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Düşünürəm ki, Putin dönəmi bitir. Tezliklə, Rusiyada hansısa Mixail Qalustyanı (rusiyalı komik) prezident seçəcəklər. Bu ya da hansısa başqa KVN-şik olacaq. Doğrudur, orada Zelenski kimi qabiliyyətlisi yoxdur. Mən Rusiya komediya şouları üzrə mütəxəssis deyiləm. Lakin Qalustyanı seçəcəklər və o, Putinin siyasətini dəyişəcək. Zelenski belə presedent yaradıb. Qalustyan üçün kabineti hazırlayın, Rusiyanın növbəti prezidenti odur”, – deyə o bildirib.