Ukraynadan ürəyi ermənilərlə olan Poznerə zərbə

Ukraynadan ürəyi ermənilərlə olan Poznerə zərbə backend

Rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Ukraynanın qalmaqallı “Mirotvoreç” saytının məlumat bazasına düşüb.

Axar.az xəbər verir ki, Pozner sayt tərəfindən “Rusiyanın işğal etdiyi Krıma getmək üçün bilərəkdən Ukraynanın dövlət sərhədini pozmaq, Rusiyanın Ukraynaya qarşı təbliğat fəaliyyətlərində iştirak etmək, Krım Muxtar Respublikasının anneksiyasını qanuniləşdirmək cəhdlərində iştirak”da ittiham edilib.

Qeyd edək ki, Vladimir Pozner müsahibəsində Ermənistan və ermənilərə böyük simpatiyasının olduğunu bildirmişdi.