İraqın şimalındakı Avaşin Basyan bölgəsində həyata keçirilən “Pəncə hərəkatı”nda daha 4 terrorçu öldürülüb.
Qaziler.az xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.“Pəncə hərəkatı”nın başladığı 27 may 2019-cu il tarixindən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 27-ə çatıb.
Nazirliyin bəyanatında vurğulanır ki, “Pəncə hərəkatı” planlaşdırıldığı kimi uğurla davam edir.
Avaşin Basyan bölgəsində hava hərəkatı ilə yerləri müəyyənləşdirilən 4 terrorçu havadan endirilən zərbə ilə məhv edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən həmin anın videogörüntüsünü təqdim edir: