Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında toqquşmalar baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanın tərəfdarları Sevan-Martuni yolunda mayın 29-u gecə saatlarında hücuma məruz qalıblar.Hücumun Aleksey Balayan, Roland Aydinyan və Qriqor Mirzoyan tərəfindən təşkil olunduğu bildirilir. Bu silahlı dəstənin keçmiş “baş nazir” Araik Arutunyan tərəfindən himayə olunduğu da bildirilir.