Türkeşin oğlu Ərdoğanın partiyasını tərk etdi

Türkeşin oğlu Ərdoğanın partiyasını tərk etdi backend

Milliyətçi Hərəkat Partiyasının (MHP) mərhum lideri Alparslan Türkeşin oğlu, AKP İstanbul millət vəkili Əhməd Kutalmış Türkeş partiya sıralarından istefa verib.

Axar.az xəbər verir ki, partiyadan istefa verən Türkeş seçki bəyannaməsində dəyişikliklərlə razı olmadığı üçün belə bir addım atdığını bildirib:

“Seçki bəyannaməsində Türkiyə Respublikasının Konstitusiyasında “Türk” adının çıxarılacağı, Prezident Respublikası adı altında 92 illik dövlətimizin bölünərək federasiya və muxtar bölgələrə çevriləcəyini hiss etdim”.

Xatırladaq ki, Türkeşin istefası ilə AKP-nin Məclisdəki kürsü sayı 311-ə enib.
Diaspora