Çin beşillik plan hazırlayır

Çin beşillik plan hazırlayır backend

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Çin hökuməti dövlət sirlərinin və digər əhəmiyyətli məlumatların informasiya təhlükəsizliyi təhdidlərindən mühafizəsi üçün beşillik plan hazırlayır. Bu barədə Çin Sənaye və İnformasiya Nazirliyinin nümayəndəsi bildirib.

Məlumata görə, sənəd ölkə ərazisində bizneslə fəaliyyətlə məşğul olan texnoloji şirkətlər üçün əlavə maneələr yarada bilər. Bu, dövlət təşkilatlarının yerli istehsal olan proqram təminatına keçidlə bağlı gözlənilən yeniliklərlə əlaqədardır.

Çin sənaye və informasiya naziri Çen Vey təşəbbüsü şərh edərək bildirib ki, beşillik planın bu istiqamətdə əsas məqsədi müxtəlif dövlət idarələri və maliyyə müəssisələri tərəfindən istifadə olunan proqram həllərinin etibarlığının artırılmasıdır. Nazir plan barədə ətraflı məlumat verməyib, - "SecurityLab” yazır.
Diaspora