Təyyarəyə gecikən nazir istefa verdi

Təyyarəyə gecikən nazir istefa verdi backend

Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko vəzifəsindən istefa verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, xanım nazir iş səyahətinə çıxmaq üçün sərnişin təyyarəsini 40 dəqiqə gecikdirib. Bu səbəbdən o, sərnişinlərin və media nümayəndələrinin etirazı ilə üzləşib. Nəticədə, nazir sosial şəbəkə vasitəsilə açıqlama yayaraq vəzifədən getdiyini bəyan edib.