Rusiyanın Təhlükəsizlik Şurasından qovulması tələb edildi

Rusiyanın Təhlükəsizlik Şurasından qovulması tələb edildi backend

Ukraynanın səhiyyə naziri vəzifəsini icra edən Ulyana Suprun bildirib ki, BMT Rusiyaya bundan sonra dözməməli və bu ölkəni Təhlükəsizlik Şurasından (TŞ) qovmalıdır.

Azvision.az xəbər verir ki, nazir bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 72-ci iclasında deyib.

“BMT Rusiyanın TŞ-da üzv olmasına dözməməlidir. Üzv ölkələr və digər beynəlxalq təşkilatlar Qərbin hesablarını donduran Rusiya pullarına “yox” deməlidir, yoxsa siz Kremlin əsiri olmaq riski ilə üzrəşə bilərsiniz”,- deyə Ulyana Suprun qeyd edib.

O, hesab edir ki, Rusiyaya qarşı sanksiya siyahısı nəinki qorunub saxlanılmalı, həmçinin genişləndirilməlidir.