Nikol xalqı küçələrə çıxartdı: əhali bu binaları tutmağa başladı

Nikol xalqı küçələrə çıxartdı: əhali bu binaları tutmağa başladı backend

Bu gün səhər saatlarından etibarən Ermənistan Baş nazirinin çağırışı əsasında onun tərəfdarları məhkəmə binalarına giriş və çıxışları qapatmağa başlayıblar.

Axar.az xəbər verir ki, artıq Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsinin girişləri qapadılıb. Xüsusilə, Robert Köçəryanı azadlığa buraxan məhkəmə qarşısına daha çox insan toplaşıb.

Etirazçılara Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan da qatılıb.

Qeyd edək ki, Köçəryanın azadlığa buraxılmasından sonra Paşinyan inqilabın “ikinci mərhələsinin” başladığını elan etmiş və 20 mayda tərəfdarlarını məhkəmələri blok etməyə çağırmışdı.

***

Ermənistan Ali Məhkəmə Şurası Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.

Bu məlumatı Şuranın mətbuat xidməti yayıb. Görüşün saat 12:00-da keçiriləcəyi bildirilib. Paşinyanla görüşdə əsas müzakirə mövzusunun məhkəmə sisteminin reformasiyası olacağı vurğulanıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən İrəvandakı məhkəmələrin girişləri Paşinyanın müraciəti əsasında onun tərəfdarları tərəfindən qapadılıb. Paşinyan həmçinin saat 12:00-da canlı yayımda xalqa müraciət edəcəyini deyib.