“Suriya lideri Bəşər Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Mehmet Yuva deyib.O qeyd edib ki, Əsəd Dəməşqdə mətbuata qapalı toplantı keçirib və Ərdoğanla görüşə hazır olduğunu bildirib:
“Suriya prezidenti tədbirdə deyib ki, Türkiyə ilə işbirliyinə hazırdır, Suriyanın suverenliyinə zərər verməyəcəksə, Ərdoğanla da görüşə bilər”.
Suriya prezidentinin rəsmi Feysbuk səhifəsində isə Mehmet Yuvanın iddiası təkzib edilib.