ABŞ Türkiyədən Putinə “yaltaqlanmamağı” tələb etdi

ABŞ Türkiyədən Putinə “yaltaqlanmamağı” tələb etdi backend

ABŞ Nümayəndələr Palatasının bir qrup konqresmeni Türkiyənin S-400 raketlərini alması ilə bağlı qətnamə hazırlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qətnamə Türkiyənin bu raketləri alacağı təqdirdə F-35 təyyarələrinin Ankaraya satılmayacağı ilə bağlı xəbərdarlıq edir.

Qətnamənin müəlliflərindən biri olan beynəlxalq əlaqələr komitəsinin sədri Eliot Engel isə Türkiyədən Putinə “yaltaqlanmamağı” tələb edib və raketləri satın almaqdan imtina etməyə çağırıb.