Putin “Xəncər”ə baxmağa getdi, təyyarəsini 6 Su-57 qırıcısı müşayiət etdi

Putin “Xəncər”ə baxmağa getdi, təyyarəsini 6 Su-57 qırıcısı müşayiət etdi backend

Rusiya prezidenti Vladimir Putin bu gün mayın 14-də Soçi ətrafındakı Axtubinsk şəhərində yeni silah sistemlərinə baxmaq üçün gedərkən havada onun təyyarəsini 6 ən yeni Su-57 qırıcısı müşaiyət edib.

Virtualaz.org xəbər verir ki, bu barədə videokadrlar RİA Novosti agentliyinin Telegram-kanalında yerləşdirilib

Putin müdafiə məsələlərinə həsr edilmiş ənənəvi may müşavirəsi çərçivəsində Həştərxan vilayətinə yollanıb. Orada Çkalov adına Dövlət sınaq-uçuş mərkəzində prezidentə yeni hərbi texnika nümunələrini təqdim edəcəklər. O cümlədən Putin “Kinjal” (“Xəncər”) perspektiv raket kompleksinə baxacaq.

Bəzi KİV-lər Putinin Soçidə ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşü ilə bir vaxtda “Kinjal” raketinə baxış keçirməsinin təsadüfi olmadığını, Rusiya prezidentin bununla Vaşinqtona güc nümayiş etdirdiyini qeyd ediblər.

Su-57 Rusiyanın hələlik seriya istehsalı başlamayan 5-ci nəsil qırıcısıdır və iddia olunur ki, bu qırıcılar hətta ABŞ-ın F-35 qırıcılarından da üstündür.

"Kinjal" raketləri isə artıq MiQ-31 qırıcılarında quraşdırılıb və həmin raketlərlə silahlanmış qırıcılar Xəzər akvatoriyasında döyüş növbəsi çəkir.

Virtualaz.org