Bakıda tələbələr arasında dava ölümlə nəticələnib

Bakıda tələbələr arasında dava ölümlə nəticələnib backend

Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.