Avroviziyanın yaradıcı ölkələrindən olan Fransa "siyasətə alət edildiyi"ni vurğulayaraq, bu müsabiqəyə bundan sonra qatılıb-qatılmamağı müzakirə edir.
Axar.az xəbər verir ki, "France 2" kanalının əməkdaşı Natali Andre RTL kanalına verdiyi açıqlamada müsabiqənin geosiyasi oyunlara səhnə olduğunu irəli sürüb və "Artıq Fransanın bu yarışmaya qatılmasını istəmirəm", – deyib.Fransa Xarici İşlər naziri Laurent Fabius isə “Fransa İnter Radio” kanalına verdiyi açıqlamada etiraz etmək əvəzinə daha yaxşı mahnılarla iştirakın təmin olunmasını tələb edib. Nazir builki yarışmada ölkəsini təmsil edən mahnının köhnə dəbli olduğunu bildirib.
Qeyd edək ki, Fransa 1977-ci ildə Avroviziya yarışmasının qalibi olub.