Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğlunun verilişində 13 yaşlı oğlan dinini dəyişib.
Türkiyənin məşhur ilahiyyatçısı Niaht Hatiboğlunun İstanbulun Sultanahmet Meydanından yayımlanan iftar proqramında 13 yaşlı erməni əsilli Artur adlı gənc dinini dəyişib.Yeniavaz.com yeniakit.com.tr-yə istinadən xəbər verir ki, əvvəl xiristian olan Artur N.Hatiboğluna müsəlman olmaq istədiyini bildirib, və səhnəyə çıxıb "Kəlimeyi-Şəhadət" gətirərək müsəlman olub. Həmin vaxt Artur adını dəyişdirib Nihat edəcəyini deyib.



