9 may Qələbə günü münasibətilə "Ölümsüz alay" dünyanın bir çox yerlərində olduğu kimi azərbaycanlıların kompakt yaşadığı Rusiya Federasiyasının Naro-fominsk şəhərində də nümayiş təşkil edib
Qaziler.az bildirir ki, bu möhtəşəm bayramı qeyd etmək üçün Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin üzvləri də əllərində Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlı qəhrəmanların şəkilləri olan plakatları başları üstündə qaldıraraq parada qoşulublar. Bu barədə məlumat verən Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarının Asembleyasının sədrinin milli azlıqlar və dini məsələlər üzrə müşaviri Nicat Ilyasov 9 may Qələbə günü münasibəti ilə hər kəsi, o cümlədən xalqımızı səmimi qəlbdən təbrik edib. "9 may bayramı faşizm və nasizm üzərində parlaq qələbə deməkdir. İkinci Dünya müharibəsi zamanı dünyanın bir çox xalqları kimi Azərbaycan xalqı da böyük əziyyət çəkmiş, 700 minə yaxın oğul və qızları ön cəbhədə vuruşub. Nəticə olaraq xalqımız minlərlə şəhid vermiş, on minlərlə insanımız isə qəhrəman və qazi olmuşlar. Inşallah Allahın təqdiri ilə gələcək bayramlarımızı Qarabağda keçirmək arzusuu ilə Ali Baş Komandanın "hücum" əmrini eşitmək bizlərə qismət olsun.Paraddan sonra soydaşlarımız böyük ziyafət təşkil edərək bayramı qeyd etmışlər.
_1557506700.jpg)
_1557506700.jpg)
_1557506760.jpg)
_1557506760.jpg)
_1557507300.jpg)
_1557506820.jpg)
_1557506820.jpg)
_1557506880.jpg)
_1557506880.jpg)
_1557506940.jpg)