Abdullah Güldən Ərdoğana mesaj: Təəssüf edirəm...

Abdullah Güldən Ərdoğana mesaj: Təəssüf edirəm... backend

Türkiyənin sabiq prezidenti Abdullah Gül ASQ-nin İstanbulda seçki nəticələrinin ləğvi qərarına münasibət bildirib.

Axar.az xəbər verir ki, A.Gül Tvitter mikrobloqunda bu qərardan təəssüfləndiyini qeyd edib.

“Konstitusiya Məhkəməsinin 2007-ci ildəki 367 saylı qərarı zamanı nə hiss etmişdimsə, Ali Seçki Qurumunun dünənki qərarında da eyni hisləri yaşadım. Təəssüf, bir arpa boyu qədər məsafə qət edə bilməmişsiniz!”, - Gül bildirib.