Əl-Nusra təşkilatının lideri Əbu Məhəmməd Əl-Colani Qərbə hücum planlarının olmadığını deyib.
Axar.az xəbər verir ki, Əl-Cəzirə telekanalına müsahibə verən təşkilat lideri əsas hədəfin Əsəd rejiminin devrilməsi olduğunu bildirib:“Bizim məqsədimiz yalnız Əsəd rejimini devirməkdir. Suriyadan kənarda bir planımız yoxdur. Biz “Xorasan” adlı bir təşkilatın varlığını ABŞ-dan eşitmişik”.
Təhlükəsizlik məqsədilə üzünü göstərməyən Əl-Colani islam dövləti deyil, müasir Suriya uğrunda mübarizə apardıqlarını, yeni qurulacaq dövlətdə xristianlara hörmət ediləcəyini deyib:
“Savaş Əsədin məmləkəti olan Kardaha şiə qəsəbəsində bitməyəcək. Biz intiqam almaq üçün döyüşmürük. Biz qatil deyilik. Durzilərə və Ələvilərə zərər verməyəcəyik”.