Karakasda iqtidarın zorla dəyişdirilməsi cəhdləri Venesueladakı böhranın həllinə yönəlik səyləri baltalayır və ciddi nəticələrə gətirib çıxaracaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.O bildirib ki, Venesuelada siyasi dialoqa ehtiyac var:
“İqtidarı devirməyə yönəlik ABŞ-ın başçılıq etdiyi və bənzəri görünməyən kampaniyanın aparıldığını müşahidə edirik. Sadəcə venesuelalılar Venesuelanın taleyini müəyyən etməyə qadirdir. Bunun üçün də bütün siyasi güclərin əhatəli dialoquna ehtiyac var”.