Rusiyanın qarşısını belə alaq – ABŞ generalı

Rusiyanın qarşısını belə alaq – ABŞ generalı backend

ABŞ-ın NATO-nun Avropa qüvvələrindəki keçmiş komandanı Ceyms Stavridis Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Taym” nəşri yazıb.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər 2020-ci ildəki seçkilərə müdaxiləyə imkan verməmək üçün atılmalıdır.

İstefada olan general ümumiyyətlə bütün Rusiya vətəndaşları üçün ABŞ-a gəlmək şərtlərinin ağırlaşdırılması və bir qədər də genişləndirilməsini təklif edib.