“Cənubi Osetiya Rusiyanın tərkibinə qatılmaq istəyir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Cənubi Osetiya separatçılarının lideri Leonid Tibilov çıxış edib. Onun sözlərinə görə, Cənubi Osetiya bu istəyin hazırda Moskvaya ziyan vuracağını bilir:“Bu ideya indi yaranmayıb. O, sovet dövründə də mövcud olub. Cənubi Osetiya gələcəkdə Şimali Osetiyaya qatılmalıdır”.
Qeyd edək ki, Cənubi Osetiya Gürcüstanın bir parçasıdır.