"Laqeydlik, ağılsızlıq, yalan və manipulyasiya hansı səviyyəyə qədər gedib çıxa bilər?!"
Axar.az xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro onu ölkədən qaçmağa cəhddə günahlandıran ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatına cavab olaraq deyib.Prezident Pompeonun bəyanatını “qeyri-ciddi” adlandırıb və həyatı ilə ölkəsinə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Pompeo Maduronun Kubaya qaçmağa çalışdığını, amma Moskvanın onu fikirdən yayındırdığını deyib.