İraqın cənub hissəsində qum fırtınası nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb.
İraq Səhiyyə Nazirliyi Kərbəla və Nəcəfdə qum fırtınasının daha güclü olduğunu açıqlayıb.Kərbəlada 4, Nəcəf şəhərində isə 1 nəfər vəfat edib.
Qum fırtınası səbəbindən bina və divarların çökməsi də qeydə alınıb.
Xezerxeber.az