Türkiyənin yeni hərbi texnikaları nümayiş olunur

Türkiyənin yeni hərbi texnikaları nümayiş olunur backend

Sabah Türkiyədə İDEF 2019 Beynəlxalq Müdafiə Sənayesi sərgisi açılacaq.

Axar.az xəbər verir ki, 1000-dən çox firmanın qatılacağı sərgidə yerli və xarici texnologiyalar, Türkiyə istehsalı olan suda, quruda və havada istifadə edilən hərbi təchizatlar, yeni PUA-lar, raketlər, zirehli maşınlar, daşıyıcı qurğular yer alacaq.

50-dən çox ölkənin qatılacağı sərgidə milyard dollarlıq razılaşmaların imzalanması gözlənilir.

Qeyd edək ki, İDEF Beynəlxalq Müdafiə Sənayesi sərgisi iki ildən bir keçirilir.