NATO-dan şok: Böyük müharibə olacaq

NATO-dan şok: Böyük müharibə olacaq backend

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Rusiyadan beynəlxalq gərginliyi artıracaq növbəti açıqlamalar gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı kəşfiyyat mütəxəssisi Con Şindlerə danışan NATO rəsmisi bu yay müharibə ehtimalının yüksək olduğunu bildirib.

“Böyük ehtimalla bu yay müharibədə olacağıq. Əgər şansımız varsa, bu bir nüvə müharibəsi olmaz”, - NATO rəsmisi deyib.

Bu sözləri kimin dediyini açıqlamayan Şindler dünya miqyasında bir qarşıdurma ehtimalının sürətlə artdığını dilə gətirib.

Rusiya baş nazirinin köməkçisi Dimitri Roqozinin ötən həftə dövlət televiziyasına verdiyi müsahibə isə beynəlxalq miqyasda qarşıdurma ehtimalının nə qədər yüksək olduğunu göstərdi. Roqozin “tanklarımızın Avropaya keçməsi üçün vizaya ehtiyacı yoxdur” deyərək ölkəsinin geri çəkilməyəcəyi mesajını verdi.

Diaspora