Daxili müharibədə Suriyanı ayaqda saxlayan Rusiya bölgədə imtiyazlar əldə etməkdədir
Suriya daxili müharibə gedişində Rusiyanın dəstəyi ilə ayaqüstə qala bildi. Rusiya Suriyaya həm hərbi, həm də maddi kömək göstərməklə etdiyi yardımın əvəzini almaq üçün hərəkətə keçib.Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Əsədin nəqliyyat naziri Əli Həmmud Tartusdakı ölkənin ən böyük limanının işlədilməsini 49 illiyə Rusiya şirkəti olan "Stroytransnefteqaz" şirkətinə verildiyini açıqlayıb.
Limanı alan Rusiya şirkətinin 500 milyon dollarlıq investisiya qoyacaöı bildirilir.
Məsələ ilə bağlı məlumat verən nazir Həmmud Tartus limanının böyük gəmilər üçün uyğun olmadığını bildirib.
_1556449080.jpg)
_1556449080.jpg)