Hələ də çox gənc və enerjili kişiyəm - 72 yaşlı Tramp iddialıdır

Hələ də çox gənc və enerjili kişiyəm - 72 yaşlı Tramp iddialıdır backend

ABŞ-da 2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkiləri üçün geri sayım başlandığı bir vaxtda Tramp və demokrat namizəd Co Bayden arasında söz atışması başlanıb.

İndi ABŞ-ın ən populyar siyasətçilərindən olan, Barak Obama dövründə vitse-prezident postunu tutmuş Co Bayden də namizəd olacağını açıqlayıb.

Qaziler.az bildirir ki, ABŞ prezidenti Donald Tramp 2020-ci ilin təbliğat kompaniyasına başlayıb. Hər fürsətdə Baydenlə rəqabətə girən Tramp son olaraq verdiyi bir müsahibədə yenə də olay yaradan sözlər işlədib.

Ağ Sarayda jurnalistlərin suallarını cavablandıran 72 yaşlı Trampa 2020-ci il seçkilərində yaşın əhəmiyyətinin olub-olmaması soruşulub. ABŞ prezidenti 76 yaşlı Baydenin ABŞ prezidenti olmaq üçün çox yaşlı olduğuna eyham vuraraq: "Mən gənc və enerji dolu kişiyəm" - deyib.

Açıqlamasının ardından özündən 4 yaş böyük rəqibi Co Baydenə söz atan Tramp: "Coya baxıram onun vəziyyəti haqda heç nə deyə bilmirəm" - deyə vurğulayıb.