Viktor Yanukoviç Rusiyaya verilə bilər

Viktor Yanukoviç Rusiyaya verilə bilər backend

Rəsmi Kiyev sabiq prezident Viktor Yanukoviçin ekstradisiyası üçün Rusiyaya müraciət edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru Vitali Yarema parlamentin iclasında bildirib.

O, Yanukoviç və onun komandasında olan şəxslərin Ukraynaya ekstradisiya edilməsi üçün rusiyalı həmkarı Yuri Çaykaya müraciət etdiyini deyib.

Ukrayna baş prokurorunun sözlərinə görə, bu vaxtadək Ukrayna qanunvericiliyi Yanukoviçin məsuliyyətə cəlb etməyə imkan vermirdi: “Lakin müvafiq qanunun qəbulundan sonra prokurorluq lazımi işlərə başlayıb. Mən Yuri Çaykaya müraciət etmişəm ki, həmin şəxslər Ukraynaya ekstradisiya edilsin”.
Diaspora