ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ı İranla konfliktə cəlb edir.
Axar.az xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.“Onların hamısı göstərdi ki, ABŞ-ı konfliktə çəkməkdə maraqlıdırlar. Mən düşünmürəm ki, Prezident Tramp bunu istəyir. O, seçkiqabağı kampaniyasında ABŞ-ı yeni müharibəyə cəlb etməyəcəyini demişdi”, – deyə o bildirib.