Əsədin hərbi aerodromları İranın əlində

Əsədin hərbi aerodromları İranın əlində backend

“Suriya Hərbi Hava Qüvvələrini və hava limanlarını tamamilə İran idarə edir”.

Axar.az xəbər verir ki, bu barədə Suriya ordusundan qaçan pilot polkovnik Zaman əl-Vasl açıqlama verib.

O, 2011-ci ilin avqustunda Humsdakı Şuerat hərbi aerodromuna 12 iranlı ekspertin gəldiyini və onların olduğu əraziyə aerodromun təhlükəsizlik komandirindən başqa heç kimin girə bilmədiyini açıqlayıb.

Polkovnik oxşar vəziyyətin əl-Sin, T4, Dumayr, Mezze və Hama kimi hərbi aerodromlarda da olduğunu bildirib.
Diaspora