PKK öz qrupuna Qarabağda döyüşən şəxsin adını verdi

PKK öz qrupuna Qarabağda döyüşən şəxsin adını verdi backend

PKK terror təşkilatının Suriyada ermənilərdən təşkil edilmiş yeni qruplaşmasına Nubar Ozanyanın adı verilib.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, PKK-nin bu qruplaşmanı qondarma erməni soyqırımının ildönümü münasibətiylə yaratdığı bildirilib.

Məlumat üçün bildirək ki, Ozanyan 2017-ci ildə İŞİD tərəfindən Suriyada məhv edilib. Yozqat şəhərində doğulan Ozanyan İstanbulda təhsil alıb. O, Stepan Şaumyan və Leninin əsərlərini türk dilinə çevirib. 1988-1990-cı illərdə Fələstində fəaliyyət göstərən Ozanyan 1991-1992-ci illərdə Qarabağda erməni separatçılarının tərəfində döyüşüb. 2014-cü ildə Şimali İraqa gələn erməni separatçı 2015-ci ildə Suriyadakı kürdlərin sıralarına qoşulub. Burada “Orxan Bakırçıyan” ləqəbi ilə tanınan separatçı erməni və ərəb əsilli separatçıların hazırlığı ilə məşğul olub.