CHP lideri Kamal Kılıçdaroğluna yumruq atan şəxs həbs edilib
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, CHP lideri Kamal Kılıçdaroğluna yumruq atan Osman Sarıgün həbs edilib.AK Partinin sözçüsü Ömər Çelik tərəfindən verilən açıqlamada bildirilir ki, Osman Sarıgünün AKP-nin üzvü olduğu öyrənilib və onun partiyadan çıxarılması ilə bağlı intizam komitəsində məsələ qaldırılıb.
Xatırladaq ki, dünən Türkiyənin Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu bu gün paytaxt Ankaranın Çubuk rayonunda qatıldığı cənazə mərasimində hücuma məruz qalmışdı.
