CHP lideri Kamal Kılıçdaroğlu zirehli maşın vasitəsilə saxlandığı evdən çıxarılıb
Xəbər verdiyimiz kimi, Türkiyənin Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu bu gün paytaxt Ankaranın Çubuk rayonunda qatıldığı cənazə mərasimində hücuma məruz qalıb.Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, müxalifət lideri təhlükəsizlik qüvvələrinin köməyi ilə bir evdə saxlanıb. Sonra zirehli maşının köməyi ilə Kılıçdaroğlu ərazidən çıxarılıb.
Polis evin ətrafındakı qəzəbli kütləni dağıtmaq üçün tədbirlər görüb.
Ankara valililyi hadisə ilə bağlı cinayət işinin başlandığını və günahkarın tapılıb cəzalandırılacağını bildirib.
CHP liderinin durumunun yaxşı olduğu bildirilir.