İmamoğluna bələdiyyə sədri vəsiqəsi təqdim olundu

İmamoğluna bələdiyyə sədri vəsiqəsi təqdim olundu backend

İstanbul Bələdiyyə Seçki Komissiyası CHP-li namizəd Əkrəm İmmaoğluna şəhərin bələdiyyə sədri vəsiqəsini təqdim edib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bununla da, AKP-nin İstanbulda təkrar seçkilərin keçirilməsi üçün Türkiyə Ali Seçki Komissiyasına (ASK) etdiyi fövqəladə etiraz müddəti başa çatmadan İmamoğluna vəsiqənin verilməməsi ilə bağlı tələbi rədd edilib.

Qeyd edək ki, 31 martda İstanbulda keçirilən seçkinin rəsmi olmayan nəticələrinə görə, CHP-nin namizədi Əkrəm İmamoğlu 4 milyon 169 min 765, AKP-nin namizədi Binəli Yıldırım 4 milyon 156 min 36 səs toplayıb.

Onu da deyək ki, ASK təkrar seçkilərlə bağlı AKP-nin müraciətinə hələ cavab verməyib. Əgər AKP-nin şikayəti təmin edilərsə, o zaman İstanbuldakı bələdiyyə seçkiləri yenidən keçiriləcək.