Rusiya bu təşkilatdan çıxmalıdır – Jirinovski

Rusiya bu təşkilatdan çıxmalıdır – Jirinovski backend

Rusiya heç bir şərtlə Avropa Şurası Parlament Assambleyasına qayıtmamalıdır, yayda bu təşkilatdan çıxmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Heç bir şəkildə AŞPA-ya qayıtmalı deyilik. Onlar bizi təhqir ediblər. Ona görə də Liberal Demokratik Partiyasının mövqeyi belədir – AŞ-dan çıxmaq və bu təşkilatı unutmaq. Bu təşkilat tamamilə lazımsızdır. Hətta mənzil qərargahının yerləşdiyi Strasburqda belə heç kim təşkilat barədə bir şey bilmir”, - Jirinovski bildirib.

Onun fikrincə, AŞPA-nın Rusiyaya olan marağı yalnız illik 30 milyon avro həcmindəki üzvlük haqqının ödənməsindən ibarətdir.

Qeyd edək ki, Moskvanın təşkilatla münasibətləri 2014-2015-ci illərdə pisləşib. Krımla bağlı məsələdə baş verən fikir ayrılıqları Rusiya nümayəndə heyətinin bir sıra hüquqlarından məhrum olması ilə nəticələnib. Bundan sonra Rusiya təşkilatın iclaslarında iştirakı dayandırıb.