Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək

Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək backend

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belaruslu həmkarı ilə təkbətək görüş keçirəcək. Bundan sonra Türkiyə və Belarusun nümayəndə heyətləri arasında görüşün olması nəzərdə tutulub. Bunun ardınca tərəflər arasında müqaavilələr imzalanacaq.

Prezidentlər görüşün yekunlarına dair birgə mətbuat konfransı düzənləyəəck. Bir günlük səfər Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə verilən ziyafətlə yekunlaşacaq.