Notr-Dam-de-Paris kilsəsində yanğın söndürülüb - YENİLƏNİB

Notr-Dam-de-Paris kilsəsində yanğın söndürülüb  - YENİLƏNİB backend

Kilsədəki güclü yanğını yalnız 7 saatdan sonra söndürmək mümkün olub.

Tarixi abidəyə ciddi ziyan dəyib.

***
22:10

Fransanın simvolu olan Notr-Dam-de-Paris kilsəsində güclü yanğın baş verib.

ONA xəbər verir ki, yanğın kilsədə gedən təmir işləri ilə əlaqədar ola bilər.

Belə ki, təmir işlərində taxta dayaqlardan istifadə olunub.

Yanğın nəticəsində kilsənin əsas qülləsinin aşdığı bildirilir.

Hadisə yerinə Parisin çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.