Suriya, İraq və İran vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır

Suriya, İraq və İran vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır backend

Suriya, İraq və İran öz dəmir yollarının vahid şəbəkəyə birləşdirmək istəyirlər.

Trend-in məlumatına görə, bu məsələ ilə bağlı görüşün keçirilməsi planlaşdırılır. Bu barədə "al-Watan" qəzetinə Suriyanın Nəqliyyat Nazirliyində mənbə bildirib.

"Hal-hazırda ölkələr Suriya, İran və İraqın dəmir yollarının birləşdirilməsi layihəsinin bərpası üzərində işləyir və ölkə nümayəndələrinin arasında keçiriləcək görüşün tarixini müəyyənləşdirirlər", - deyə mənbə bildirib.

Strateji xarakteri olan layihəyə Suriya münaqişəsindən öncə start verilib, lakin 2011-ci ildə münaqişə başladıqdan sonra o dayandırılıb.
Mənbənin sözlərinə görə, layihənin məqsədi - İraq və İranı Suriya limanlarına çıxışla təmin etməkdir, gələcəkdə isə xəttin Çinə qədər uzadılamsıdır.