Pakistanda terror - 16 ölü, 30 yaralı

Pakistanda terror - 16 ölü, 30 yaralı backend

Bu gün səhər saatlarında Pakistanın Kvettdə şəhərindəki bazarda əldəqayırma partlayıcı qurğu partladılıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, terror aktı nəticəsində 16 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisənin baş verdiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hadisənin səbəbi araşdırılır.