Erməni hərbçilər qəzaya düşdü: 18 nəfər yaralandı

Erməni hərbçilər qəzaya düşdü: 18 nəfər yaralandı backend

Ermənistanın Müdafiə Nazirliyinə məxsus "ZİL-131" markalı avtomobil qəzaya düşüb.

Azvision.az “News.am”-a istinadən xəbər verir ki, hadisə Sünik vilayətində, Mehri rayonundan Naxçıvan sərhədinə gedən yolda baş verib. Qəza yerli vaxtla saat 20:31-də qeydə alınıb.

Məlumata görə, avtomobilin yol kənarına aşması nəticəsində Ermənistan ordusunun 18 hərbi qulluqçusu xəsarət alıb. Yaralılar Mehridə yerləşən tibb mərkəzinə çatdırılıb. Onlardan birinin vəziyyəti orta-ağırdır, bir neçə nəfərdə isə sınıq xəsarətləri aşkar edilib.

Hazırda yaralılar həkim nəzarətindədir. Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.