II Elizabet: Britaniyanın Aİ-dən çıxması 2018-ci ildə məlum olacaq

II Elizabet: Britaniyanın Aİ-dən çıxması 2018-ci ildə məlum olacaq backend

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum 2017-ci ilin sonunadək baş tutacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu təntənəli nitqində Kraliça II Elizabet deyib.

Kraliça Böyük Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı məsələdə yeni danışıqlar aparacağını söyləyib: “Buna səbəb ittifaqın bütün üzvlərin maraqlarına xidmət etməsidir. Paralel olaraq, Aİ-dən çıxma məsələsi ilə bağlı 2017-ci ilin sonunadək davam edəcək referendum haqqında qanun layihəsi təqdim ediləcək”.

Qeyd edək ki, Hökumətin gələcək planlarının qeyd olunduğu Kraliçanın təntənəli nitqi Baş nazir Devid Kemeronun başçılığı ilə Nazirlər Kabineti tərəfindən yazılır.
Diaspora