Makedoniyanın qaz tədarükünün yeni mənbələri məsələsində istiqamətlərindən biri Transadriatik qaz kəməridir (TAP). Trend-in məlumatına görə, bunu "Press24" portalına müsahibəsində Makedoniyanın Baş naziri Nikola Qruevski deyib.
Onun sözlərinə görə, Makedoniyanın uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək və yeni qaz-turbin elektrik stansiyalarının tikintisi üçün yeni əlavə qaz tədarükləri tələb olunur:"Biz bu məsələdə 3 mənbəyə yönəlirik. Onlardan ikisi Yunanıstandan qaz kəmərinin tikintisini nəzərdə tutur. Qaz kəməri maye qaz ehtiyatlarının olduğu Afina limanına və Azərbaycan qazının tədarükü üçün tikiləcək TAP boru kəmərinə qoşulacaq. Daha bir mənbə isə Bolqarıstan, Rumıniya və Türkiyəni birləşdirən interkonnektora qoşulmadır".