Rus mafiyasının ən güclü lideri İstanbula köçür

Rus mafiyasının ən güclü lideri İstanbula köçür backend

Postsovet məkanının ən nüfuzlu kriminal avtoritetlərindən olan Tariyel Oniani (Taro) bundan sonra Türkiyədə yaşayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gürcü vəkil Aleksandr Kobaidze deyib. O, bir müddət əvvəl Türkiyədə olduğunu və burada Onianinin işiylə bağlı konsultasiyalar apardığını bildirib:

“Tariyel cəzasını Rusiyada çəkib. Onun Türkiyənin İstanbul şəhərinə gələcəyini təsdiq edirəm. Rusiya Federasiyası təkcə onun üçün yox, bütün qanuni oğrular üçün öz ərazisində yaşamaq məhdudiyyəti qoyub”.

Qeyd edək ki, Oniani postsovet məkanının ən nüfuzlu kriminal liderlərindən biridir. Rusiya mətbuatının iddiasına görə, Onianinin azadlığa çıxmasından sonra rus mafiyasına liderlik uğrunda mübarizə güclənəcək.

Bəzi mənbələr onu rus mafiyasının keçmiş liderləri Vyaçeslav İvankov (Yaponçik) və Aslan Usoyanın (Ded Xasan) ölümündə ittiham edirlər.