Kraliça II Yelizaveta: "Britaniya krallığın Avropa İttifaqında qalması məsələsi ilə bağlı danışıqlar aparır
2017-ci ilin sonunadək Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum keçiriləcək."Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Britaniya kraliçası II Yelizaveta yeni parlamentin ilk sessiyasının açılışı zamanı ənənəvi çıxışında bildirib.
"Britaniya krallığın Avropa İttifaqında qalması məsələsi ilə bağlı danışıqlar aparır. Krallığın Avropa İttifaqından çıxmasına dair 2017-ci ilin sonunadək referendumun keçirilməsi haqda qanun layihəsi müzakirə ediləcək", - kraliça vurğulayıb.