Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk və Avaşin bölgələrinə hava əməliyyatı təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyindən informasiya yayılıb.“İraqın şimalındakı Hakurk və Avaşin bölgələrinə təşkil olunan hava əməliyyatları nəticəsində PKK terror qruplaşmasına aid silah mövqeləri, sığınacaq və sursat anbarları məhv edilib”, - Türkiyə MN-dən bildirilib.